Xuraman Vəfa kimdir?

Yaradıcı, sözə can verən, sözləri fikrə çevirən, fikrlərdən dünya yaradan bir insandır. Xaçmaz rayonunda anadan olub. Rayonda 3 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə magistr dərəcəsi alıb. İki övladı var. Həm də nənədir – balaca Vəfanın cavan nənəsi.

Nida – Neçə şer kitabınız var çıxıb?

Xutaman V.- Səkkiz kitab müəllifiyəm. Yüzlərlə şerimə mahnılar yazılıb.

Nida – Sifarişlə şer yazmısınız?

Xuraman V.- Uşaqlar üçün bni-neçə sifarişlə şer yazmışam. Bir də kimsə taleyindən danışıb, mən də qələmə almışam.

Nida – Şerinizi pula satmısınız?

Xuraman V.- Yox! Mən qəlbimi pula satmıram. Şerimi ancaq könül hədiyyəsi edirəm.

Nida – Bəstəkarlar sizin şerlərə yazmış olduğu mahnını müğənnilərə hansı qiymətə satdığından xəbərdarsınız?

Xuraman V. – Çox təəssüflənirəm! Müəyyən xərcləri başa düşürəm, yerdə qalan bağışlanılmazdı. Cəci olmayana mahnı satmaq, həm də mənim sözlərimə yazılmış mahnını, istəməzdim belə olsun. Səsi, istedadı olan sözlərimə bəstələnmiş mahnını oxuyanda mənə xoş olur!

Nida – Küsdüyünüz, incidiyiniz bəstəkar olub?

Xuraman V.- Olub! Əvvəl mənimlə işləyib, sonra eşitmişəm ki, mənim sözlərimə yazdığı musiqiyə başqa şairin sözlərini yazıb və satıb. O mahnı heç uğur da qazanmayıb.

Nida – Son vaxtlar mahnılara bayağı sözlər daha çox yazılır. Buna necə baxırsiniz?

Xuraman V. – Düzdür! Söz yığınından ibarət olan şerlərə yazılır, həm də çox! Dəyərli sözlər yazan da olur.Günahı bəstəkarda görürəm. O mətn yazanı həvəsləndirir, sonda da bayağı sözlər dünyaya gəlir. Bəstəkar pulu və gənc müğənniləri populyar etmək üçün, ancaq yüngül mətnlərdən istifadə edir.

Nida – Sözlərinizə mahnı ifa etmiş müğənnilərlə münasibətiniz necədir?

Xuraman V. – Müğənnilərlə yaradıcılıq əlaqələrini bəstəkar yaradır. Mən onlarla yalnız tədbirlərdə, kiminsə toy məclisində görüşürəm. Ayrı – ayrılıqda hamıya hörmətim var. Rəhmətlik Mirzə Babayev, Flora Kərimova , Brilyant Dadaşova, İlhamə Quliyeva, Nazpəri Dostəliyeva, Nisə Qasımova, Mələkxanım Əyyubova, Faiq Ağayev, Aygün Kazımova , Röyya Ayxan və başqaları mənim sözlərimə yazılmış mahnıları oxuyublar. Əminə Yusifqızı isə, bir albom şerlərimin ifaçısı olub.

Nida – Səkkiz şer kitabının müəllifi olan şairə xanım, kitablarının adını demədi axı?

Xuraman V.- “ Sənli – sənsiz ” , “ Soraqlı könlüm ”, “ Sevənlər bilər ”, “ Bir gün dönəcəksən ”, “ Taleyimiz yaddaşımız ”, “ Bir ömür azdır mənə ”, “ Öz dünyamı verin mənə” və Gürcü dilində “ Məhəbbət çətin şeydir ” adlı kitablarım mənim sevimli övladlaım, balaca Vəfamdır.
Nida – Təşəkkürlər.

DOWNLOAD NOW

ELECTRONIC PRESS KIT

DISCOGRAPHY

2016         SPACECRUMBS

AUTONOME RECORDS

2014          CRIMINAL ROBOTS

AUTONOME RECORDS

2013          SHADOWS

AUTONOME RECORDS

2012          MOMENT

AUTONOME RECORDS

2011          CROMA VICE

AUTONOME RECORDS

2011          TIMELESS

AUTONOME RECORDS

MUSIC VIDEO & TRACKS